04:01 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
5301

Türkiyənin baş naziri deyib ki, Rusiyanın sərhədlərini pozmasına dözmək fikrində deyillər.

BAKI, 8 okt-Sputnik. Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib.

Sputnik Trend-ə istinadən xəbər verir ki, "Milliyət" qəzeti bunu Türkiyənin baş naziri Əhməd Davudoğlunun dediyini yazıb.

"Rusiyanın verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib. Bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil", Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyinə hörmət göstərilməsini gözləyir. Bizim hava məkanımızı kimsə poza bilməz, Davudoğlu bildirib.

 

Teqlər:
hava məkanı, Rusiya Suriya, Davudoğlu, Əhməd Davudoğlu, Suriya, Türkiyə

Əsas mövzular