23:14 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin

Vladimir Putin Nyu Yorkda Barak Obama ilə danışıqlar aparacaq

© Sputnik / Sergei Guneev
RUSİYA
Qısa URL
26210

Rusiya prezidenti Nyu Yorkda Yaponiyanın baş naziri Sindzo Abe və BMT-nin baş katibi Pan Gi Munla da görüşəcək.

BAKI, 24 sent-Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Nyu Yorkda (New York) BMT Baş Assambleyasında iştirakı çərçivəsində ABŞ prezidenti Barak Obama (Barack Obama) və Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqlar aparacaq.
Sputnik xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Barak Obama ilə aparılacaq danışıqların mövzusu artıq razılaşdırılıb.
Hər iki görüşün bir gündə baş tutacağını vurğulayan Peskov həmçinin deyib ki, eyni gündə Rusiya prezidenti Baş Assambleyada çıxış edəcək və BMT-nin baş katibi Pan Gi Munla (Pan Gi Mun) görüş keçirəcək.
Ağ Ev, öz növbəsində, BMT Baş Assambleyasında Rusiya və ABŞ prezidentləri arasında görüşün baş tutacağını təsdiqləyib.

 

Teqlər:
Ağ ev, ABŞ, Rusiya, Pan Gi Mun, Barack Obama, Pan Gi Mun, Barack Obama, Vladimir Putinin köməkçisi Dmitri Peskov, Vladimir Putin, New York

Əsas mövzular