23:17 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
40901

Dünya şöhrətli sənətçi Rusiya prezidentini seksual azlıqlara dəstək verməməkdə günahlandırıb.

BAKI, 13 sent-Sputnik. Dünya şöhrətli sənətçi Elton Con (Elton John), "nə qədər axmaq fikir olsa da", cinsi azlıqların hüquqları ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini dilə gətirib. 

Sputnik Türkiyə "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Ukraynada prezident Pyotr Poroşenko ilə görüşən Ser Elton (Sir Elton) onu ölkədəki gey (gay), biseksual, lezbiyan və transseksualların haqlarına daha güçlü dəstək verməyə çağırıb.

Bundan əvvəl Ser Elton Ukraynanın məşhur iş adamları ilə görüşərək onlardan LGBT-yə (Lezbiyan, gey, biseksual, transseksual) arxa çevirməməyi rica edib.

Rusiyada 2013-cü ildə qəbul edilən və cinsi azlıqların propaqandasını yasaqlayan qanunu pisləyən Elton Con Vladimir Putini tənqid edib. Bununla belə, onunla görüşərək rusiyalı cinsi azlıqların hüquqları uğrunda iş görmək istədiyini deyib.

"Mən boş yerə ümid edirəm. Qapını arxamca bağlayandan sonra gülə, mənim haqqımda "bu ki, axmağın biridir" deyə bilər. Mənsə "ən azından cəhd etdiyim üçün vicdanım rahatdır" deyə bilərəm." — deyə Elton Con BBC-yə müsahibəsində bildirib.

Teqlər:
Vladimir Putin, biseksual, transseksual, lesbian, gay, Sir Elton, Elton John, LGBT, Pyotr Poroşenko, Elton Con, Ukrayna

Əsas mövzular