12:04 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
RUSİYA
Qısa URL
5201

Rusiya prezidenti: Biz demişdik ki, Qərbin müsəlman dünyası ilə bağlı apardığı yanlış siyasət daha irimiqyaslı problem yaradacaq.

BAKI, 4 sent- Sputnik. Rusiya prezidenti Vladimir Putin Avropada yaranmış miqrant böhranına münasibət bildirib.
Sputnik xəbər verir ki, Vladimir Putin bunu tamamilə gözlənilən nəticə adlandırıb: “Hesab edirəm ki, bu, tamamilə gözlənilən böhrandır. Siz arxiv sənədlərinə nəzər salsanız, görərsiniz ki, Rusiya və şəxsən mən bir neçə il əvvəl bildirmişdik ki, bizim Qərbdəki tərəfdaşlarımız müsəlman dünyasında, əsasən Yaxın Şərq, Şimali Afrika regionlarında yanlış siyasətlərini davam etdirsələr, daha iri miqyaslı problemlər baş verəcək”.
Prezident Putin hesab edir ki, böhranın səbəbi digər ölkələrin sosial-mədəni xüsusiyyətlərini nəzərə almadan Qərbin öz standartlarını onlara sırımasıdır: “Mən Amerika mətbuatının Avropanın miqrantlara qarşı sərt siyasəti ilə bağlı tənqidlərini təəccüblə izləyirəm”.
Rusiya prezidenti ABŞ-ın belə miqrant axını ilə üzləşmədiyini, Avropanın isə kor-koranə Amerikanın tapşırıqlarına boyun əydiyi üçün ciddi əziyyət çəkdiyini vurğulayıb.

 

Əsas mövzular