19:41 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
German Sterliqov

Qarabağa qanunsuz keçən biznesmen Domodedovo hava limanında saxlanılıb

m24.ru
RUSİYA
Qısa URL
192 0 0

Rusiyalı iş adamı German Sterliq bu gün saat 17:00 radələrində İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb.

BAKI, 31 avq-Sputnik. Rusiyalı iş adamı German Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb.

Sputnik xəbər verir ki, Sterliqovun vəkili Artur Ayrapetov bu barədə Rusiya mediasına bildirib.

“German Sterliqov bu gün saat 17:00 radələrində İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb. Çox güman ki, Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır.” — deyə Artur Ayrapetov bildirib.

German Sterliqova qarşı Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qətiimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

 

Teqlər:
suveren, Azərbaycan Respublikası, Domodedovo hava limanı, Domodedovo, Artur Ayrapetov, German Sterliqov, Moskva, German Sterliqov, Rusiya

Əsas mövzular