10:10 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Termometr - isti hava

Kəskin istilər və iqtisadi böhran həcc ziyarətinə də təsir edib

CC0 / geralt / Marguerite
RUSİYA
Qısa URL
1210

Rusiyadan müqəddəs həcc ziyarətinə gedənlərin sayında kəskin azalma müşahidə olunur.

BAKI, 19 avq – Sputnik. Ötən illərlə müqayisədə bu il Rusiyadan müqəddəs həcc ziyarətinə gedənlərin sayında kəskin azalma müşahidə olunur. Mütəxəssislərin fikrincə bu azalmanın iki əsas səbəbi var. Havaların həddindən artıq isti keçməsi ən başlıca amildir. Digər bir səbəb isə Rusiyadaki iqtisadi böhrandır. Rublun dollar qarşısında dəyərdən düşməsi hacı namizədlərinin işini çətinləşdirib. 

Səudiyyə Ərəbistanındakı bahalılığı da nəzərə alsaq müqəddəs ziyarətin gün keçdikcə daha da çətinləşdiyini söyləmək olar. 

Problemin fərqində olan Rusiya həcc komitəsi ilk dəfə olaraq Dağıstan, Çeçenistan və İnquşetiya kimi federal bölgələrdən müraciətlər qəbul etməyə başlayıb.

145 milyon əhalisi olan Rusiya Federasiyasında pravoslav xristian inancından sonra ən çox mənsubu olan din İslamdır.

Teqlər:
Həcc ziyarəti, havanın temperaturu, hava şəraiti, hava proqnozu, hava məlumatı, hava haqqında, hava

Əsas mövzular