10:14 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Rusiya və NATO

ELN: Rusiya və NATO müharibəyə hazırlaşır

russiancouncil.ru
RUSİYA
Qısa URL
53511

“An-26” təyyarəsində təlim aviabombalardan birinin üzərində kiril əlifbası ilə “Berlinə doğru” yazılıb.

BAKI, 12 avq-Sputnik. Rusiya və NATO müharibəyə hazırlaşır.

Sputnik strateq-ə istinadən xəbər verir ki, European Leadership Network (ELN) mərkəzinin ekspertləri Rusiya və NATO-nun keçirdiyi hərbi təlimlərin miqyasına və ssenarililərinin təhlilinə əsasən bu nəticəyə gəliblər.

Təşkilatın təhlilçiləri, hər iki tərəfin daha çox zəif olan sərhəd ərazilərini mümkün qarşıdurmaya hazırladıqlarına diqqət çəkiblər.

Mərkəzin analitikləri İan Kerens, Lukaş Kulesa və Tomas Frer Rusiyanın mart ayında 80 min hərbiçi və NATO-nun iyunda 15 minlik kontingentin iştirakı ilə keçirdikləri geniş miqyaslı hərbi təlimləri ətraflı analiz edublər. Ekspertlər hazırladıqları “Pis varianta hazırlaşırıq: Rusiya və NATO-nun hərmi təlimləri Avropada müharibə ehtimalını artırırmı?” adlı hesabata hərbi təlimlərin ssenarisi barədə əyani təssürat yaradan interaktiv xəritə də əlavə olunub.

Rusiya Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının növbədənkənar yoxlanılması 16-21 mart tarixlərində baş tutub. Bu dəfə Arktikada mümkün hərbi əməliyyatların sınaqdan çıxarılmasına üstünlük verilib. Təlimlərə Rusiyanın Şimal Donanmasının qüvvələri, Qərb hərbi dairəsinin desantçıları da cəlb olunub. Ümumilikdə, təlimlərə 80 min hərbiçi, min hərbi texnika, onlarla təyyarə, gəmi və sualtı qayıq cəlb olunub.

8-19 iyunda isə Polşa, Litva,Latviya və Estoniyanın ərazisində NATO-nun Saber Strike-15 hərbi təlimləri keçirilib. Təlimin keçirilməsində əsas məqsəd beynəlxalq müttəfiq koalisiyalar tərkibində birgə hərbi əməliyyatların aparılmasının sınaqdan çıxarılması olub.

Bu təlimlər NATO-nin Şərqi Avropadakı  Allied Shield adı verilən təlimlər seriyasından biridir.

Hərbi təlimlərin ssenari və məqsədlərini təhlil edən ekspertlər bu nəticəyə gəliblər ki, NATO və Rusiya daha zəif hesab etdikləri regionalarda mümkün hərbi əməliyyatlara hazırlaşmaq istəyirlər. NATO Baltikyanı ölkələrə və Polşaya, Rusiya isə Arktika, Kalninqrad, Krım və Estoniya, Latviyaya diqqət ayırır.

Ekspertlər tərəflərin bir-birinin təlimlərini çox diqqətlə izlədiklərini də qeyd edirlər. Təyyarələrin hava məkanında bir-birilərinə çox yaxınlaşması, gəmilərin su sərhədlərini pozması ilə bağlı çoxsaylı faktlar bununla izah edilir.

Təlimlər arasında da çox oxşarlıq olub. Hər iki tərəf tez bir qüvvələrin cəmləşdirilməsi, uzaq məsafələrə dislokasiya yerinin dəyişməsini, yerüstü qüvvələrin təyyarə və gəmilərdən dəstəklənməsi, hava məkanında və dənizdə üstünlüyə nail olmaq kimi tapşırıqları icra ediblər.

Ekspertlət mövcud gərginliyin azaldılması üçün təkliflərini də veriblər. Onlar hesab edirlər ki, NATO ilə Rusiya arasında hərbi təlimlərin planlaşdırılmasında komminikasiyanı gücləndirmək çox vacibdir. Tərəflər,  həmçinin  etimad mühtinin yaradılması üçün ATƏT-in imkanlarından yararlanmalıdırlar. Hər iki tərəfdə siyasətçilər bu cür təlimlərin müsbət və mənfi tərəflərini çox ciddi götür-qoy etməldirlər.

Almaniyanın “Bild”  nəşrinin jurnalistləri isə Kalininqradda keçirilən Rusiya ordusunun təlimləri ilə bağlı Flot.com saytında yayılan şəkillərdən birində “An-26” təyyarəsində təlim aviabombalardan birinin üzərində kiril əlifbası ilə “Berlinə doğru” yazıldığına diqqət yetiriblər. Alman jurnalistləri qeyd edirlər ki, avqustun əvvəlində Baltik dənizində Rusiya Hərbi Dəniz Qüvvələrinin təlimi keçirilib, bu isə Almaniya paytaxtının 500 kilometrliyindədir.

“Bild” qeyd edir ki, II Dünya Müharibəsində tez-tez işlədilən bu cür şüarların indiki zamanda ruslar tərəfindən yenidən istifadəsi Rusiya ordusundakı təhlükəli tendensiyadan xəbər verir.

Teqlər:
NATO və Rusiya, Rusiya və NATO, Rusiya NATO müharibə, ELN, European Leadership Network, Tomas Frer, Lukaş Kulesa, İan Kerens

Əsas mövzular