07:24 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
5111

İŞİD terror qruplaşmasının sıralarında döyüşmüş çeçenlərin Çeçenistan Respublikasına girişinə qadağa qoyulacaq.

BAKI, 11 avq-Sputnik. İŞİD terror qruplaşmasının sıralarında döyüşmüş çeçenlərin Çeçenistan Respublikasına girişinə qadağa qoyulacaq. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Twitter hesabında qeyd edib.  

“İclasda qərara gəldik ki, İŞİD-i seçən şəxslərin Çeçenistana dönməsi üçün yol bağlı olmalıdır və olacaq da. Əgər onlar döyüşməyə qərar veriblərsə, qoy elə orada döyüşüb ölsünlər, onlar Çeçenistana lazım deyil” — deyə Kadırov bildirib.O qeyd edib ki, "cəmiyyət nəinki Suriya və ya İraqa gedənləri, hətta o şeytanları daxilən dəstəkləyən hər kəsi qətiyyətlə pisləyir.”   

Çeçenistan liderinin sözlərinə görə, respublikanı tərk edərək İŞİD-ə qoşulma halları kəskin azalıb və demək olar ki, yox səviyyəsindədir. 

Teqlər:
Çeçenistan prezidenti, Çeçenistan Respublikasının rəhbəri, Çeçenistan lideri, Çeçenistan Respublikası, İŞİD terror qruplaşması, İŞİD, Ramzan Kadırov, Çeçenistan

Əsas mövzular