17:20 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
11011

Krımın bayrağı altında üzən Varyaq adlı sərnişin gəmisi həftədə bir dəfə Türkiyənin Qara dəniz sahilində yerləşən Zonquldak limanına səfər edəcək.

BAKI, 6 avq – Sputnik. Keçən ilin martında referendumla Rusiyanın tərkibinə qatıldığını elan edən Krım muxtar vilayətindən Türkiyəyə gəmi səfərləri başlayıb. Bu barədə Krımdakı Sevastopol hökumətindən açıqlama verilib. 

Varyaq adlı sərnişin gəmisi həftədə bir dəfə olmaqla Türkiyənin Qara dəniz sahilində yerləşən Zonquldak limanına səfər edəcək. Gəmi vasitəsilə Türkiyədən Krıma tikinti materialları və meyvə tərəvəz məhsularının daşınacağı da bildirilir.

Ukraynadan ayrıldığı üçün Krıma qarşı beynəlxalq sanksiyalar olduğundan heç bir Avropa gəmisi Sevastopol limanına yaxınlaşmır. Avropa Birliyi və ABŞ dəfələrlə Türkiyəyə bu barədə xəbərdarlıq etsə də, rəsmi Ankara bu sanksiyalara qoşulmayacağını bildirib.

Teqlər:
Qara dəniz sahili, Ukrayna Krım, Rusiya Krım, Qara dəniz, Zonquldak limanı, Krım, Ukrayna

Əsas mövzular