15:53 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
56531

Rusiyanın baş naziri: Terror əleyhinə beynəlxalq koalisiya BMT-nin Təhlükəsizlik Şurasının razılığı olmadan qurulub.

BAKI, 6 avq – Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ-ın başında durduğu beynəlxalq koalisiyanın İŞİD-in Suriyadakı hədəflərini bombalaması ilə Türkiyənin İraqdakı PKK düşərgələrinə qarşı hava əməliyyatları arasında paralellər gördüyünü bildirib. 

Sputnik xəbər verir ki, Misirdə çıxan Əl-Ahram qəzetinə müsahibəsində Medvedev deyib: 'Beynəlxalq koalisiya BMT-nin Təhlükəsizlik Şurasının razılığı olmadan qurulub və Suriyadakı əməliyyatları da ölkədəki rəsmi hökumətin razılığı olmadan həyata keçirir. Bu da, bu aktların qanuniliyi baxımından ciddi şübhə doğurur. Türkiyənin hərbi hava qüvvələrinin İraqdakı bombardımanları məsələsində də eyni şübhələr var."

Digər tərəfdən, Suriya və İraqın terror qruplarının hücumları səbəbindən faciəli bir dövrü yaşadığını da vurğulayan Medvedev, terrorla mübarizə üçün mümkün qədər çox ölkənin səylərinin və əməliyyatlarının birləşdirilməsinə ehtiyac olduğunu deyib.

Medvedev bunun necə baş verə biləcəyinə dair sualı cavablandırarkən, Rusiya prezidenti Vladimir Putinin yeni bir beynəlxalq antiterror cəbhəsinin qurulmasına dair təklifini xatırladıb.

Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
Teqlər:
Beynəlxalq koalisiya, Əl-Ahram qəzeti, BMT-nin Təhlükəsizlik Şurası, İŞİD terror qruplaşması, İŞİD, Rusiyanın baş naziri Dmitri Medvedyev, Rusiyanın baş naziri, Dmitri Medvedyev

Əsas mövzular