10:44 23 Fevral 2018
Canlı yayım
Ərdoğan - Putin görüşü

Kreml: Putin Ərdoğana "diktator" deməyib

© Sputnik /
RUSİYA
Qısa URL
78911

Dmitri Peskov: Bu məlumatların heç bir əsası yoxdur.

BAKI, 5 avqust – Sputnik. Bəzi kütləvi informasiya vasitələrində, Rusiya prezidenti Vladimir Putinin Türkiyə dövlət başçısı Ərdoğan haqda "diktator" sözünü işlətdiyi xəbərləri yayılmışdı. 

İddialara görə, Putin Türkiyənin Rusiyadakı səfiri Ümit Yardımı iqamətgahına çağırmış və söhbət əsnasında Ərdoğanı diktatora bənzətdiyini demişdi. Lakin yayılan xəbər bu gün Kremlin mətbuat katibi Dmitri Peskov tərəfindən təkzib edilib.

Peskov, Moskvadakı Türkiyə səfiri Ümit Yardımın Kremlə çağırılmadığı, ümumiyyətlə Vladimir Putinlə görüşmədiyi vurğulanıb. 

“Ümit Yardım Putinlə görüşməyib, Kremlə də çağırılmayıb. Deməli, bu məlumatların da heç bir əsası yoxdur”, — deyə Dmitri Peskov əlavə edib. 

Awdnews xəbər saytı, Moscow Times-a istinadən məlumat yayıb ki, Kreml rəhbəri Vladimir Putin Moskvadakı türk səfiri Ümit Yardımla görüşündə Ərdoğanın ünvanına sərt ifadələr işlədib. 

Vladimir Putinin səfirə “diktator prezidentinə çatdır ki, İŞİD terrorçuları ilə cəhənnəmə kimi gedə bilər. Ən az Adolf Hitler qədər olan prezidentiniz və onun səudiyyəli müttəfiqlərinə Suriyanı “Böyük Stalinqrad” edəcəyəm” dediyi iddia edilmişdi.

Teqlər:
Ərdoğan Putin görüşü

Əsas mövzular