13:31 25 Fevral 2018
Canlı yayım
Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib

Putin İlham Rəhimovun şəriki olduğu mərkəzin açılışında iştirak edib

Посольство АР в РФ
RUSİYA
Qısa URL
79 0 0

Moskvada azərbaycanlı iş adamlarının təşəbbüsü ilə Avropada ən böyükmiqyaslı okeanoqrafiya elmi-idrak mərkəzi açılıb.

BAKI, 5 avq-Sputnik. Moskvada azərbaycanlı iş adamlarının təşəbbüsü ilə Avropada ən  böyükmiqyaslı okeanoqrafiya elmi-idrak mərkəzi açılıb.

Bu barədə məlumatı Sputnik-ə Azərbaycanın Rusiyadakı  səfirliyi verib. Məlumatda deyilir ki, okeanoqrafiya üzrə elmi-idrak mərkəzinin açılış mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edib.

“Moskvarium” okeanologiya və dəniz biologiyası mərkəzi “Kiyevskaya ploşad” şirkəti tərəfindən tikilib. Hansı ki, bu şirkətin sahibləri azərbaycanəsilli iş adamları Qod Nisanov və Zaxar İliyevdir. Şirkətin digər şəriklərindən bir də Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı tələbə dostu, tanınmış hüquqşünas, professor İlham Rəhimovdur.

Bu elmi mərkəz Moskvadakı məhşur “VDNX” — Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində açılıb.

Mərkəz barədə dövlət başçısına məlumat verən Moskva meri Sergey Sobyanin əvvəlcə VDNX ərazisində aparılan rekonstruksiya işlərini və oranın inkişaf planını təqdim edib. Moskva meri deyib ki, adı çəkilən elmi mərkəzin tikintisi də  bu ilin iyul ayında başa çatıb. 

VDNX ərazisində  açılan  bu elmi-idrak pavilyonu dəniz və oken sahilindən kənarda fəaliyyət göstərəcək ən yüksəksəviyyəli yeganə okeanologiya mərkəzidir.

Daha sonra Vladimir Putin elmi mərkəzin sahəsini gəzərək oradakı ekspozosiyaya və delfin şousuna tamaşa edib. 

Polad Bülbüloğlu Putinə Azərbaycan pavilyonunu təqdim edib

Rusiya prezidenti burada Azərbaycan və Belorusiyanın  sərgi mərkəzi ilə də tanış olub. Azərbaycan pavilyonu barədə Putinə məlumat verən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, Heydər Əliyev Fondu tərəfindən pavilyonun təmir-bərpa və yenidənqurma işlərinin planı hazırlanıb. Yenidənqurma işlərindən sonra burada  Azərbaycanın mədəni-tarixi irsi nümayiş etdiriləcək. İki ölkə arasında artıq bununla bağlı müvafiq sənədlər imzalanıb və  qısa zamanda pavilyonda işlərə başlanılacaq.

Rusiya prezidentinə VDNX-nın yeni  maketi də təqdim edilib.

  • Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib
    Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib
    Посольство АР в РФ
  • Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib
    Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib
    Посольство АР в РФ
  • Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib
    Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib
    Посольство АР в РФ
  • Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib
    Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib
    Посольство АР в РФ
1 / 4
Посольство АР в РФ
Putin İlham Rəhimovin şəriki olduğu mərkəzin açılışında iştirak edib

Əsas mövzular