22:02 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Mardan Palace

Telman İsmayılovun “Mardan Palace” oteli müsadirə olunacaq

maiexcellent.com
RUSİYA
Qısa URL
189 0 0

Antalyanın 6-cı İcra Dairəsi “Mardan Palace” hotelinin 2,2 milyon dollar borca görə müsadirə olunması haqqında qərar çıxarıb.

BAKI, 29 iyul — Sputnik. Türkiyənin Antalyada şəhərindəki məşhur “Mardan Palace” oteli müsadirə olunacaq.

Sputnik Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki,  “Mardan Palace” hotelinin 2,2 milyon dollar borca görə müsadirə olunması haqda Antalyanın 6-cı İcra Dairəsində qərar çıxarılıb.

İstanbul Kadıköy 3-cü İcra Dairəsindən Antalya 6-cı İcra Dairəsinə göndərilən təlimatda “Art Decor” firmasına 2 milyon 254 min 898 türk lirəsı borca görə hotelin müsadirəsi tələb edilib. Müsadirə haqda qərar verilməsinə baxmayaraq, İstanbuldan təlimatın xərcləri ödənilmədiyi üçün müsadirə qərarı icra olunmur.

Antalya 4-cü İcra Dairəsi tərəfindən Türkiyə Xalq Bankının Adapazarı filialına 100 milyon dollar borca görə iyun ayında satışa çıxarılan “Mardan Palace” hoteli borcun 4 il ərzində 25 milyon dolların ödəniləcəyi ilə bağlı öhdəlik götürüb və müsadirə satış günü ləğv edilib. “Mardan Palace” hotelinin borcları ilə bağlı məhkəmələrdə ümumilikdə 67 iş mövcuddur.

“Mardan Palace” hoteli əslən Azərbaycandan olan rusiyalı iş adamı Telman İsmayılova məxsusdur. Hotelin tikintisinə 1,5 milyard dollar xərc çəkilib.

Əsas mövzular