01:26 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
RUSİYA
Qısa URL
10 0 0

RF Fövqəladə Hallar Nazirliyi Yəməndən Rusiya, eləcə də MDB ölkələri və digər dövlətlərin vətəndaşlarının növbəti təxliyəsini həyata keçirib.

BAKI, 16 iyul — Sputnik. Yəməndə olan daha bir Azərbaycan vətəndaşı təxliyə olunub.

Sputnik-in  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, RF Fövqəladə Hallar Nazirliyi Yəməndən Rusiya, eləcə də MDB ölkələri və digər dövlətlərin vətəndaşlarının növbəti təxliyəsini həyata keçirib.

Rusiya FHN-ə məxsus iki təyyarə ilə 17-si uşaq olmaqla, 118 nəfər Rusiyaya gətirilib. Onların arasında 1 Azərbaycan vətəndaşı da var.

Yəməndən çıxarılan şəxslərin əksəriyyəti Özbəkistan və Yəmən, 14-ü Rusiya, 7-si Tacikistan, 3-ü Moldova, 2-si Efiopiya vətəndaşlarıdır.

Teqlər:
MDB ölkələri, Azərbaycan vətəndaşı, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan, Rusiya, Yəmən

Əsas mövzular