19:45 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Rusiya prezidenti Vladimir Putin

Vladimir Putin 110 min polisi ixtisar edib

МИД России
RUSİYA
Qısa URL
21121

Bundan sonra daxili işlər orqanları əməkdaşlarının sayı 835 min, federal dövlət mülki qulluqçularının sayı 5123, sıravi əməkdaşların sayı isə 160124 nəfər olacaq.

BAKI, 13 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin ştat vahidinin 10 faiz (110 min nəfər) azaldılması haqqında fərman imzalayıb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki,  bu barədə Rusiya hüquqi məlumat portalında məlumat yerləşdirilib.

Bundan sonra daxili işlər orqanları əməkdaşlarının sayı 835 min, federal dövlət mülki qulluqçularının sayı 5123, sıravi əməkdaşların sayı isə 160124 nəfər olacaq.

Hazırda Rusiya Daxili İşlər Nazirliyinin ştat vahidi 1,113 mln. nəfər təşkil edir.  

2015-ci ilin martında Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bildirmişdi ki, bu sahəyə ayrılan xərclərin azaldılması üçün müvafiq tədbirlərin görülməsini gözləyirlər. Onun sözlərinə görə, bunun üçün bir neçə yol var. onlardan biri də, xüsusi təhlükəsizlik bölmələrinin və inzibati aparatın işçilərinin sayı azaltmaqdır.

Əsas mövzular