09:19 17 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
German Sterliqov

Qarabağda məskunlaşmış biznesmenə Rusiyada cinayət işi açılıb

m24.ru
RUSİYA
Qısa URL
29720

“Adəmdən Putinədək” kitabının müəllifi German Sterliqov əmindir ki, tarixi kitablar buraxmaqla və dövlətə işləməklə amerikalılara Rusiyada çevriliş etməyə mane olur.

BAKI, 13 iyul — Sputnik. Yazdığım tarix kitabı (“Adəmdən Putinədək”-red.) yaxınlarımın və hakimiyyət strukturlarındakı dostlarımın məndən üz döndərməsinə səbəb olub. Hamı məndən küsdü və bunu düşmənlərim – yalançı kilsə ilə cadugər-alimlər — hiss etdilər.

Sputnik xəbər verir ki, bunu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində məskunlaşan rusiyalı fermer German Sterliqov Şuşa şəhərində keçirdiyi brifinqdə deyib.

Təyyarə biletini jurnalistlərə nümayiş etdirən Sterliqov iyulun 16-da Dağlıq Qarabağdan Moskvaya qayıdacağını bildirib. 

Fermer bildirib ki, onu hədələyiblər, evini yandırıblar, uşağını oğurlamağa cəhd ediblər.

Hazırda Rusiyada baş verənləri məhkəmə orqanlarının ona böhtan atmaq cəhdi kimi qiymətləndirən Sterliqov qeyd edib ki, məhz jurnalistlərin sayəsində hamı onu millətçiləri maliyyələşdirdiyinə görə barəsində həbs-qəti imkan qərarının veriləcəyi adam kimi tanıyıb.

"Rusiyaya qayıtmaqda məqsədim odur ki, məni ədalət məhkəməsindən gizlənməkdə ittiham etməsinlər. Ailəmi burada qoyub gedirəm" — deyən fermer iddia edib ki, ona qarşı edilənlər Rusiya ilə qondarma rejimin münasibətlərinə xələl gətirir.

Sterliqov bildirib ki, o, Moskvada millətçilərlə olan hər hansı əlaqəsini təkzib edəcək. O, hətta BORN (üzvü olduğu bildirilən terror qruplaşması) abbreviaturasını ötən həftə eşitdiyini deyib: "BORN nə deməkdir? Bunu mən bir həftə əvvəl oğlumdan eşitmişəm. Bu müddət ərzində fikirləşmişəm ki, yəqin Born "Born məsələsi" filminin qəhrəmanının, ya da hansısa başqa bir zibilin adıdır."

Fermer hesab edir ki, onun izlənməsini Amerikanın xüsusi xidmət orqanları sifariş ediblər. Onun fikrincə, Rusiyada hakimiyyətin bölünməsini istəyən Qərb strukturları, biznesmeni maneə hesab edirlər. O əmindir ki, tarixi kitablar buraxmaqla və dövlətə işləməklə amerikalılara Rusiyada çevriliş etməyə mane olur.

Sterliqov hüquq-mühafizə orqanlarının suallarına cavab verdikdən sonra kəndli-fermer təsərrüfatı qurmaq üçün Qarabağa qayıdacağına ümid edir. O bildirib ki, buranın təbiəti, insanları və adət-ənənələri onu özünə cəlb edir. 

LifeNews-un müxbiri bildirib ki, Sterliqov Qarabağda 1988-ci ildə yenidən qurulmuş, elektrikin köməyi olmadan un üyüdən qədim su dəyirmanı alıb.  Sterliqovun həyat yoldaşı isə, özünə yeni Modalar evi açıb. Biznesmen Qarabağın dağlarında qeyzer müalicəxanaları açmaq, ev ərzaqları, limonad və mürəbbə istehsalı ilə məşğul olmaq  istəyir. O, bütün bu məhsulları Rusiyaya ixrac etmək niyyətindədir. 

Teqlər:
Sterliqov, Adəmdən Putinədək, German Sterliqov, Dağlıq Qarabağ, Azərbaycan

Əsas mövzular