09:31 17 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Жириновский

Jirinovskidən Ukrayna prezidentinə ilginc təklif

lenta.ru
RUSİYA
Qısa URL
10820

Jirinovski babasının Kostopoldakı fabriki əvəzinə Pyotr Poroşenkonun Lipetskdəki “Roşen” şirkətinə məxsus fabrikini istəyib.

BAKI, 13 iyul-Sputnik. LDPR lideri Vladimir Jirinovski Ukrayna prezidenti Pyotr Poroşenkoya ilginc işgüzar təklif verib. 

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, Jirinovski bu dəfə Ukraynanın Kostopoldakı fabriki əvəzinə Pyotr Poroşenkodan Lipetskdəki “Roşen” şirkətinə məxsus fabriki istəyib. 

“Pyotr Poroşenko Lipetskdəki fabrikini mənə verir və mən də öz növbəmdə babamın Kostopolda   tikdirdiyi fabrikin mənə qaytarılması iddiasından əl çəkirəm. Hansı ki, bir müddət həmin fabrikin mənə qaytarılması tələbi ilə çıxış etmişdim.” — Jirinovski  özünün Twitter hesabında yazıb.

LDPR lideri dəfələrlə keçmişdə babası tərəfindən tikildiyini iddia etdiyi Kostopolda fabrikin ona qaytarılması tələbilə çıxış edib. İkinci dünya müharibəsi dövründə sözügedən fabrik dağıdılıb. 

Jirinovski fabrikin ona qaytarılması tələbi ilə Ukraynanın keçmiş prezidentləri Viktor Yuşenkoya, Viktor Yanukoviçə və  sabiq baş nazir Yuliya Timoşenkoya da müraciət etmişdi.


Əsas mövzular