19:39 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
казарма

Kazarma uçdu, 23 rus əsgəri öldü

news.ngs.ru
RUSİYA
Qısa URL
4801

Prezident Vladimir Putin hadisə nəticəsində ölənlərin ailələrinə və ölkənin bütün Silahlı Qüvvələrinə başsağlığı verib.

BAKI, 13 iyul – Sputnik. Rusiyanın Omsk vilayətində hərbi hissənin dördmərtəbəli kazarmasının uçması nəticəsində 23 əsgər dünyasını dəyişib.  

Bu barədə Rusiya Müdafiə Nazirliyindən yazılı açıqlama verilib. 

Bəyanatda bildirilir ki, hadisə zamanı kazarmada ümumilikdə 337 nəfər olub.

Prezident Vladimir Putin hadisə nəticəsində ölənlərin ailələrinə və ölkənin bütün Silahlı Qüvvələrinə başsağlığı verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyinə görə, Vladimir Putin axtarış-xilasetmə işlərinin gedişatı barədə davamlı olaraq məlumatlandırılır.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq gedir.


Teqlər:
Omsk vilayəti, kazarma, Rusiya Müdafiə Nazirliyi, Vladimir Putin, Omsk, Rusiya

Əsas mövzular