02:05 18 Oktyabr 2017
Canlı yayım
Vladimir Putin və Həsən Rohani

Putin: Moskva İrana qarşı sanksiyaların dayandırılmasına tərəfdardır

david-arius.livejournal
RUSİYA
Qısa URL
İran nüvə razılaşması (13)
11 0 0

Vladimir Putin deyib ki, iqtisadiyyatdakı çətinliklərə baxmayaraq, Rusiyanın öz tərəfdaşlarına maliyyə yardımı etmək imkanı var.

BAKI, 10 iyul — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ufada keçirilən BRICS sammitində maraqlı açıqlamalar verib. O, İranla bağlı deyib ki, Moskva İrana qarşı bütün sanksiyaların tezliklə dayandırmasına tərəfdardır. 

Sputnik RİA Novostiyə istinadən xəbər verir ki, Putin öz çıxışında dünya və Rusiya iqtisadiyyatının İranın neft hasilatını artırmasına tamamilə hazır olduğunu deyib.

Rusiya prezidenti Yunanıstan ətrafında baş verən proseslərə toxunarkən deyib ki, iqtisadiyyatdakı çətinliklərə baxmayaraq, Rusiyanın öz tərəfdaşlarına maliyyə yardımı etmək imkanı var."Avrozonada olmaq Yunanıstanın suveren hüququdur, bunun Rusiyaya dəxli yoxdur." — deyə Putin bildirib. 

Prezident Yunanıstanın baş naziri Aleksis Tsiprasın yardım üçün Rusiyaya müraciət etmədiyini söyləyib. 

"Cənab Tsipras hər hansı yardımla bağlı bizə müraciət etməyib. Tamamilə aydındır ki, orada rəqəmlər böyükdür. Biz söhbətin nədən getdiyi bilirik. Problemin həlli fundamental xarakterli olmalıdır. Söhbət puldan getmir, söhbət iqtisadiyyatın inkişafı prinsiplərindən və yaxın perspektivdə tərəfdaşlarla olan problemin həlli prinsiplərindən gedir." — deyə Putin Ufada keçirdiyi mətbuat konfransında bildirib. 

Mövzu:
İran nüvə razılaşması (13)
Teqlər:
mətbuat konfransı, iranın neft hasilatı, iqtisadiyyatın inkişafı prinsipləri, suveren hüquq, maliyyə yardımı, irana qarşı sanksiyalar, avrozona, Moskva İrana qarşı sanksiyaların dayandırılmasına tərəfdardır, Yunanıstan ətrafında baş verən proseslər, BRICS sammiti, BRICS, Sputnik, Yunanıstanın baş naziri, Aleksis Tsipras, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Yunanıstan, Ufa, Moskva, İran

Əsas mövzular