09:27 26 Fevral 2017
Canlı yayım
Julian Assange - Wikileaks saytının qurucusu

Culian Assancdan ciddi iddia

Hurriyet
RUSİYA
Qısa URL
59 0 0

Wikileaks saytının qurucusu deyib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər 2012-ci ildə gizli sazişə girərək Suriyada Əsəd rejimini devirmək barədə razılığa gəliblər.

BAKI, 29 iyun —Sputnik. Wikileaks saytının qurucusu Culian Assanc Rusiya televiziyasına verdiyi müsahibədə deyib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər 2012-ci ildə gizli bir sazişə girərək Suriyada Əsəd rejimini devirmək məsələsində razılığa gəıiblər. 

Üç ildir gizləndiyi Ekvadorun London səfirliyində “Rossiya-1” telekanalının müxbiriylə görüşən Assanc ciddi iddialarla çıxış edib. 

“Səudiyyə ərəbistanının xarici işlər nazirliyi ilə digər dövlət qurumları arasında gedən 70 min yazışmanı araşdırarkən Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin 2012-ci ildə Bəşər Əsəd rejimini devirmək üçün gizlicə anlaşdıqları ortaya çıxır. Bu üç ölkə arasında bağlanan gizli anlaşmaya ABŞ, İngiltərə və Fransa da lap əvvəldə uzaqdan uzağa dəstək vermişdi." — deyə Assanc bildirib.