08:19 14 Dekabr 2017
Canlı yayım
Çevik qoşunlar

Rusiyada çevik qoşunlar yaradılacaq

© Foto: povin.com.ua
RUSİYA
Qısa URL
501

Bu barədə məlumatı Rusiyanın hava-desant qoşunlarının komandanı Vladimir Şamanov verib.

BAKI, 31 may — Sputnik. Yaxın vaxtlarda Rusiyada çevik qoşunlar yaradılacaq.

Sputnik xəbər verir ki, bu barədə məlumatı Rusiyanın hava-desant qoşunlarının komandanı Vladimir Şamanov verib. O, qeyd edib ki, sözügedən qoşun növü hava-desant qoşunlarının əsasında yaradılacaq. Çevik qoşunların həm müstəqil, həm də quru qoşunların tərkibində fəaliyyət göstərəcəyi bildirilir.

Şamanovun sözlərinə görə, bu tip qoşunların yaradılmasına səbəb  müasir hərbi döyüş əməliyyatların xarakteri olub.  Komandan deyib ki, hazırda hərbi əməliyyatların cəbhələrlə elə bir bağlılığı yoxdur və əməliyyatlara çoxlu sayda hərbçilərin cəlb olunması nəzərdə tutulmur.

Çevik qoşunların yaradılması üçün  hava-desant diviziyalarının tərkibinə hazırda olduğu kimi iki alay deyil üç alay daxil etmək planlaşdırılır. 

 

 


Əlaqədar

Pentaqon Əfqanıstana gedən hərbi yükləri Rusiyadan keçirməyəcək
Deputat: Rusiya nüfuz qazanmaq üçün Qarabağın həllinə yardım etməlidir
Jerar Depardye: Rusiya uğrunda ölməyə hazıram
Rusiya XİN: İŞİD koalisiyadan daha mütəşəkkildir

Əsas mövzular