02:32 24 İyun 2017
Canlı yayım
Dmitri Roqozin

Elmar Məmmədyarov Dmitri Roqozinlə görüşüb

gazeta.ru
RUSİYA
Qısa URL
2602

Dmitri Roqozin Bakıya səfər etməyi, Avropa Oyunları üçün tikilən idman obyektlərinə baxmağı planlaşdırdığını söyləyib.

BAKI, 25 may — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası dövlət komissiyasının həmsədri Dmitri Roqozinlə görüşüb.

Sputnik xəbər verir ki, Elmar Məmmədyarov Dmitri Roqozinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Dövlət Dumasının sədri Sergey Narışkinlə keçirdiyi görüşlər barədə məlumat verib. Bildirib ki, Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıblar. 

Nazir Azərbaycanın I Avropa Oyunlarına hazırlığı barədə də deyib ki, 1-ci Avropa Oyunlarına ən böyük nümayəndə heyətinin Rusiyadan gəlməsi çox sevindirici haldır.

Dmitri Roqozin də öz növbəsində Bakıya səfər etməyi, Avropa Oyunları üçün tikilən idman obyektlərinə baxmağı planlaşdırdığını söyləyib. O, Rusiya Həndbol Federasiyasının prezidenti və Atıcılıq Federasiyası Şurasının sədri olduğunu qeyd edib. Roqozin həmçinin Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə sambonun Avropa Oyunlarının proqramına salınmasından məmnunluq ifadə edib.

Görüş zamanı Məmmədyarov və Roqozin iki ölkə arasında sosial-iqtisadi əməkdaşlığa dair məsələlərin geniş spektorini müzakirə ediblər.


Əsas mövzular