21:59 19 Noyabr 2017
Canlı yayım
Sergey Narışkin

Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır

iamnews.ru
RUSİYA
Qısa URL
11 0 0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfəri çərçivəsində mayın 25-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşüb.

BAKI, 25 may — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfəri çərçivəsində mayın 25-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşüb.

Elmar Məmmədyarov Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğulayıb. O, 2015-ci il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən nazir Elmar Məmmədyarov problemin həllinin artıq yetişdiyini bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyən Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib. O əlavə edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.

Sergey Narışkin qanunverici orqanlar arasında sıx əlaqələrin iki ölkənin əməkdaşlığının və dostluğunun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini çatdıran Sergey Narışkin Oyunların yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Dövlət Dumasının sədri Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllində maraqlı tərəf olduğunu qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Əlaqədar

Azərbaycan-Rusiya əməkdaşlığının dərinləşdirilməsi siyasəti alqışlanır
XİN: Qarabağ münaqişənin həlli Rusiya üçün mühüm əhəmiyyət kəsb edir
Rusiya və Azərbaycan Xəzərdə birgə hərbi təlimlər keçirəcəklər
Teqlər:
siyasi iradə, nazir, açılış mərasimi, danışıqlar, status-kvo, maraqlı tərəf, fikir mübadiləsi, əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, Birinci Avropa Oyunları, Rusiya Federasiyası Dövlət Duması, Vladimir Putin, Elmar Məmmədyarov, Sergey Narışkin, Ermənistan, Bakı, Azərbaycan, Rusiya

Əsas mövzular