CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirin müşaviri təhsil işçilərinin vaksinasiya prosesindən danışır

© Sputnik / Murad Orujov Təhsil nazirinin müşaviri Rüstəm Ağayev
 Təhsil nazirinin müşaviri Rüstəm Ağayev  - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib ki, hazırda bəzi vaksinasiya məntəqlərində sıxlığın müşahidə edilməsi səbəbindən bu cür addım atılıb
Rüstəm Ağayev: “Bu məntəqələr bütün təhsil işçilərinə xidmət edir”
“Bildiyiniz kimi biz müəllimlərin və təhsil işçilərinin vaksinasiya prosesinə yanvar ayından başalmışıq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AzTV-yə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O bildirib ki, artıq 83-84 faiz təhsil işçilərinin vaksinasiya prosesi yekunlaşır: “Sentyabrın 22 və 29 bütün pillələr üzrə yeni təhsil ilinin başlanacağını nəzərə alaraq sırf təhsil işçilərinin vaksinasiya prosesini sürətləndirmək üçün 5 məntəqə yaratmışıq. Hazırda bəzi vaksinasiya məntəqlərində sıxlığın müşahidə edilməsi səbəbindən bu cür addım atılıb. Təhsil işləri rahat şəkil bu mənətəqlərə gələrək vaksinasiya oluna bilərlər. Bu məntəqələr harada işləməsindən asılı olmayaraq bütün təhsil işçilərinə xidmət edir”.  
Rüstəm Ağayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0