22:48 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234

Politoloq: “Ermənistan tərəfi sözdə bunu desə də, əməldə nümayiş etdirmir”

RADİO
Qısa URL
26 0 0

Politoloq Fikrət Sadıxov bildirib ki, Azərbaycan hər zaman dialoqun və sülh sazişinin tərəfdarı kimi çıxış edib, bu gün də belədir

Fikrət Sadıxov: “Bu şəraitdə dialoqun baş tutması çətin ola bilər”

Avropa Şurasının prezidenti Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Bu barədə Ş.Mişel “Twitter” səhifəsində yazıb.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a Azərbaycan-Ermənistan arasında birbaşa dialoq imkanları ilə bağlı fikirlərini böülüşb.

Politoloq, qeyd edib ki, əlbəttə tərəflər arasında belə bir dialoqun qurulması mümkündür: “Azərbaycan hər zaman dialoqun və sülh sazişinin tərəfdarı kimi çıxış edib, bu gün də belədir. Biz sərhədlərin delimitasiyası məsələsinə Ermənistan tərəfinin normal, sivil yanaşmasını gözləyirik. Amma Ermənistan tərəfi sözdə bunu desə də, əməldə nümayiş etdirmir. Bunu misal olaraq deyə bilərik ki, Emrənistan tərəfi 10 noyabr sazişindən irəli gələn bəzi məsələləri yerinə yetirməyib. Onlar hələ də bizə qarşı iddialar irəli sürür, şərtlər qoyurlar. Təbii olaraq bu şəraitdə dialoqun baş tutması çətin ola bilər. Biz torpaqlarımızı azad etmişik və hər hansı şərt irəli sürmədən danışıqlara başlamağa hazırıq”.

Fikrət Sadıxovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular