21:36 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234

Vüqar Hüseynov: “Əsas məqsəd taxılçılıqda yüksək məhsuldarlığa nail olmaqdır”

RADİO
Qısa URL
237 0 0

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, sərgi təşkil edilən bölgələr əsasən taxılçılığın daha çox inkişaf etdiyi rayonlardır

Vüqar Hüseynov: “Yerli toxumların fermerlərə əlçatanlığını təmin etmək istəyirik”

“Payız əkin kampaniyası öncəsi toxuma tələbat artdığı üçün Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə regionlarda sərgi-satış yarmarkaları keçirilir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında söyləyib.

“Bu sərgilər Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə gerçəkləşir. Sərgi təşkil edilən bölgələr əsasən taxılçılığın daha çox inkişaf etdiyi rayonlardır. Dördüncü yarmarka Saatlıda təşkil olunur. Payız əkini kampaniyası öncəsi keçirilən bu sərgilərlə yerli toxumların fermerlərə tanıdılmasını və əlçatanlığını təmin etmək istəyirik. Əsas məqsəd yerli sortları tətbiq etməklə taxılçılıqda yüksək məhsuldarlığa nail olmaqdır” – deyə o bildirib.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular