00:57 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232

Azərbaycanda susuzluq təhlükəsinin qarşısını necə almaq olar? - ekoloq açıqlayır

RADİO
Qısa URL
113 0 0

“Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev bildirib ki, qlobal istiləşmənin nəticəsi olaraq dünyada temperatur bir dərəcə yüksəlib

Xosrov Musayev: “Əsas problem yeni texnologiyaların tətbiq edilməməsidir”

“İqlim dəyişikliyi Azərbaycanda su resurslarına təsir edir”. Bunu Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi Azərbaycanda özəl baytarlığın tətbiqinə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

“Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev Sputnik Azərbaycan-a bildirib ki, hələ 20 il əvvəl yazdığı elmi məqalədə Azərbaycanda su ehtiyatlarının azala biləcəyi ilə bağlı məsələni qaldırıb: “Alimlər ötən əsrin 50-ci illərində atmosferin çirklənməsi nəticəsində yer kürəsində iqlim dəyişikliyinin baş verəcəyi ilə bağlı yekdil fikir ortaya qoydular. Məhz bu gün atmosferin çirklənməsinin acı nəticələrini görürük. Qlobal istiləşmənin nəticəsi olaraq dünyada temperatur bir dərəcə yüksəlib. İqlim dəyişikliyi fonunda şirin su ehtiyacını təmin edən çay, qar, bulaq sularının həcmi azalıb. Bu bilinən faktdır ki, Azərbaycan şirin su ehtiyatları baxımından regionda ən az hissəyə malikdir. Hazırda əlimizdə olan su ehtiyatlarının idarə edilməsində problem var. Suvarmada düzgün istifadə edilməyən suyun böyük hissəsi itkiyə gedir. Ümumi desək bu sahədə əsas problem suyun idarə edilməsində yeni texnologiyaların tətbiq edilməməsidir”.

Xosrov Musayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular