CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ruslan Əliyev: “Ödənişlə bağlı bildiriş “SMS” vasitəsilə göndəriləcək”

© Photo : REPORTSOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev  - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Abunə olmaq
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib ki, hər bir abonentin mobil nömrəsinin bazada olması onların istər sayğac dəyişdirilməsi, istərsə də qaz kəsintiləri barədə əvvəlcədən xəbərdar edilməsi üçün əlverişlidir
Ruslan Əliyev: “Qaz sayğacının dəyişdirilmə səbəbi barədə "SMS" bildiriş göndəriləcək”
Yeni layihəmizə əsasən bazada abonentin mobil nömrəsi varsa, qaz sayğacının nə zaman və hansı səbəbdən dəyişdirilməsi barədə onlara "SMS" bildiriş göndəriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O həmçinin, qeyd edib ki, hər bir abonentin mobil nömrəsinin bazada olması onların istər sayğac dəyişdirilməsi, istərsə də qaz kəsintiləri barədə əvvəlcədən xəbərdar edilməsi üçün əlverişlidir: “Əgər mexaniki sayğac istifadəçilərinin bazada mobil nömrəsi varsa, ödənişlə bağlı bildiriş köhnə qaydada sayğac oxunması yolu ilə yox, “SMS” vasitəsilə göndəriləcək”.
Ruslan Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0