23:07 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234

Millət vəkili: “Kreditlərlə depozit dividendləri arasında 3 dəfə fərq var”

RADİO
Qısa URL
48 0 0

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, kredit faizlərinin optimallaşdırılması üçün inzibati deyil, daha çox təşviqedici metodlardan istifadə edilməsi məqsədəuyğundur

Vüqar Bayramov: “Daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”

“Mərkəzi Bankın elan etdiyi statistikaya əsasən, bankların kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasındakı yüksək fərq hələ qalmaqdadır”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Mərkəzi Bankın hesablamalarına görə, banklar xarici valyutada depozitlərə orta hesabla 1.76 faiz dividend ödədiyi halda dollar kreditlərini orta hesabla 5.18 faizlə təklif edirlər: “Rəsmi statitika göstərir ki, xarici valyutada kreditlər ilə depozit dividendləri arasında 3 dəfə fərq var. Yəni, banklar cəlb etdikləri depozitləri 3 dəfə daha baha şəkildə kredit formasında təklif edilər. Rəsmi rəqəmlərin müqayisəsi göstərir ki, manatla orta kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasında da fərq az deyil. Sistem əhəmiyyətli bankların əksəriyyətində manat üzrə depozit faizləri 6 faizdir, xarici valyutada əmanətlərə isə, demək olar, dividend ödənilmir. Aydındır ki, kredit faizlərinin optimallaşdırılması üçün inzibati deyil, daha çox təşviqedici metodlardan istifadə edilməsi məqsədəuyğundur. Mərkəzi Bank tərəfindən bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

Vüqar Bayramovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular