19:47 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234

İsmayıl Axundov: “Ermənilər girovlardan donor kimi istifadə ediblər”

RADİO
Qısa URL
25 0 0

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib ki, sonuncu itkinin taleyi aydınlaşana qədər bu sahədə iş davam edəcək

İsmayıl Axundov: “Ermənistan tərəfi itkin və girovlarla bağlı heç bir məlumat vermir”

“Birinci Qarabağ müharibəsində digər diqqətçəkən faktlardan biri də ermənilərin yeniyetmə və gəncləri ailələrindən ayıraraq naməlum yerə aparmasıdır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O bildirib ki, girov götürüldükdən sonra əvvəlcə Xankəndi şəhərinə, daha sonra naməlum istiqamətə aparılan 9 nəfərin taleyi məlum deyil: “29 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi itkin və girovlarla bağlı heç bir məlumat vermir. Sağlam yeniyetmələrdən ermənilər böyük ehtimalla donor kimi, yaxud orqanlarını çıxarıb satmaq üçün istifadə ediblər. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsir və girov götürülmüş 54 nəfərə baş çəkilib. Sonradan onların 17-si saxlandığı yerdə öldürülüb, cəsədləri təhvil verilib, qalanlarının taleyi bu günə qədər də naməlumdur. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə çərçivə sazişi üzərində iş davam edir. Sonuncu itkinin taleyi aydınlaşana qədər bu sahədə iş davam edəcək”.

Qeyd edək ki, hər il avqustun 30-u Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur.

İsmayıl Axundovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular