Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Neftçi” və “Qarabağ”ın səfərdə qələbə şansı varmı? – Pərviz Musayev açıqlayır

© Photo : Facebook / Parviz MusayevPərviz Musayev
Pərviz Musayev - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
İdman şərhçisi Pərviz Musayev bildirib ki, komandamızın öz oyununu daha yaxşı göstərmək üçün şansı olacaq
Pərviz Musayev: “Bu komanda texnikalı və bol ötüürməli oyunu sevir”
İdman şərhçisi Pərviz Musayev Sputnik Azərbaycan-a komadalarımızın bu mərhələdəki şanslarını dəyərləndirib.
O bildirib ki, “Neftçi” Bakıda keçirilən oyunda səfər görüşündə müsbət nəticə əldə oluna biləcəyinə ümid yaratdı: “Bakıda keçirilən oyunda kondamız hesabda geri düşsə də sonradan üç qol vurmaqla önə çıxmışdı. Lakin qırmızı vərəqədən sonra rəqib iki qol vurmaqla hesabı bərabərləşdirməyə nail oldu. Səfərdə də komandamız hesab geri düşərsə, təbii ki, qırmızı vərəqə olmazsa, hesabı öz xeyrinə dəyişməyi bacaracağına inanıram. “Qarabağ” haqqında isə danışarkən meydanın ot örtüyü amilini qeyd etmək istəyirəm. Bu komanda texnikalı və bol ötürməli oyunu sevir. Bu baxımdan komandamızın öz oyununu daha yaxşı göstərmək üçün şansı olacaq. Ümumillikdə “Qarabağ”la bağlı daha nikbinəm”.
Pərviz Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0