Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Oloxan Musayev: “Biz bu oyunlara ən güclü, həm də böyük heyətlə gedirik”

© Photo : TRENDParalimpiya çempionu Oloxan Musayev
Paralimpiya çempionu Oloxan Musayev - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Paralimpiya çempionu Oloxan Musayev deyib ki, pandemiya dövrü olmasına baxmayaraq, paralimpiyaçılar yarışa yaxşı hazırlaşıb
Oloxan Musayev: ““Tokio-2020”-yə yüksək əhval-ruhiyyə ilə yola düşürük”
“Paralimpiya çempionu kimi onu deyə bilərəm ki, “Tokio-2020”-yə yüksək əhval-ruhiyyə ilə yola düşürük. Pandemiya dövrü olmasına baxmayaraq, biz paralimpiyaçılar yarışa yaxşı hazırlaşmışıq. Türkiyədə və Dubayda yüksək səviyyədə təlim-məşq toplantıları keçmişik. İnşallah, Vətənə medallarla dönəcəyik”.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycanın paralimpiya yığmasının yolasalma mərasimində komandanın üzvü, Paralimpiya çempionu Oloxan Musayev jurnalistlərə açıqlamasında söyləyib.
O deyib: “Biz bu oyunlara ən güclü, həm də böyük heyətlə gedirik. Əvvəlki illərdən fərqli olaraq, Tokioya rekord sayda lisenziya qazanmışıq. 36 lisenziya az deyil. İnanıram ki, üçrəngli bayrağımızı Tokioda yüksəklərə qaldıracağıq”.
Oloxan Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0