18:39 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232

Nazir müdafiə sənayesində görülmüş işlərdən və planlardan danışdı

RADİO
Qısa URL
24 0 0

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev bildirib ki, “IDEF - 2021" sərgisində Azərbaycan stendinin Şuşa qalası formasında qurulmasını və orada dəmir yumruğun təsvir edilməsi elə-belə deyil

Mədət Quliyev: “Ərazi bütövlüyümüzə təcavüz olarsa, dəmir yumruq adekvat cavab verəcək”

“Bir neçə dövlətlərin müdafiə sənayesi rəhbərləri ilə görüşürəm, bu sahədə yol xərtəsi hazırlanır, planlar qurulur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “IDEF - 2021" beynəlxalq silah sərgisində iştirak etmək üçün İstanbula səfər edən Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, prezidentin tapşırıqları artıq 2040-2050-ci illəri əhatə edir: “Bu gün Azərbaycanın müdafiə sənayesindəki məqsədlər artıq yalnız avtomat, pulemyot istehsalından yox, 20-30 il sonra ən müasir texnologiyalarla hazırlanacaq silahlardan ibarətdir. Bu gün nazirliyimiz trəfindən 150-dən artıq yeni silah yaradılıb”.

 “IDEF - 2021" sərgisində Azərbaycan stendinin Şuşa qalası formasında qurulmasını və orada dəmir yumruğun təsvir edilməsini xüsusi qeyd edib: “Bu stend elə-belə qurulmayıb. Bu göstərir ki, Azərbaycan xalqının kimsənin var-dövlətində, torpağında gözü yoxdur. Amma ərazi bütövlüyümüzə qarşı təcavüz olarsa, dəmir yumruq ona adekvat cavab verəcək”.

Mədət Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular