19:03 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232

Stanislav Pritçin: “Bu, əməkdaşlığı gücləndirməyin vacibliyini göstərir”

RADİO
Qısa URL
21 0 0

Beynəlxalq Münsibətlər üzrə Rusiya Şurasının eksperti Stanislav Pritçin deyib ki, Rusiya Təhlükəsizlik Şurasının bir neçə iclası Xəzəryanı ölkələrlə əməkdaşlığa həsr olunub

Stanislav Pritçin: “Xəzər Konvensiyası siyasi və hüquqi konteksti müəyyənləşdirib”

“Tehran Konvensiyasının imzalanması qarşılıqlı fəaliyyətin hüquqi çərçivəsinin müəyyən edilməsində aralıq addımdır və qalan hər şey ölkələrin gələcək əməkdaşlığından asılıdır. Bunu Beynəlxalq Münsibətlər üzrə Rusiya Şurasının eksperti Stanislav Pritçin Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkil etdiyi Xəzər problemlərinə həsr olunmuş video konfrans zamanı deyib.

“Beştərəfli formatda dialoqun davam etdirilməsi və bütün tərəflərin əməkdaşlığın genişləndirilməsində maraqlı olması sevindirici haldır. Rusiya Təhlükəsizlik Şurasının bir neçə iclası Xəzəryanı ölkələrlə əməkdaşlığa həsr olunub. Bu, Rusiya üçün tərəfdaşları ilə gələcək əməkdaşlığı gücləndirməyin vacibliyini göstərir. Avqust ayının 12-də Aktauda Xəzər Konvensiyası qəbul olunub və bu sənəd regionun siyasi həyatının əsas hadisəsinə çevrilərək Xəzəryanı dövlətlərin qarşısında duran geniş vəzifələrin həlli üçün siyasi və hüquqi konteksti müəyyənləşdirib”– deyə Stanislav Pritçin bildirib.

Stanislav Pritçinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular