08:03 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235

Ekspert: “İdxal olunan avtomobillər üçün tətbiq olunan rüsumlar azaldılmalıdır”

RADİO
Qısa URL
338 0 0

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, artımın bu qədər yüksək olmasına baxmayaraq, o əvvəlki illərdə olan səviyyəyə gəlib çatmayıb

Eldəniz Cəfərov: “Avtokredit şərtləri sadələşdirilməlidir”

Bu ilin ilk yarısında Gürcüstandan Azərbaycan-a 16 906 avtomobil idxal olunub. Bu, ötən ilin müvafuiq dövrü ilə müqayisədə 64,8 faiz artım deməkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a deyir ki, idxalda belə bir kəskin artımın baş verməsi pandemiya ilə bağlıdır: “Ötən il qüvvədə olan qadağalar idxal əməliyyatlarını çətinləşdirmişdi. İndi isə iqtisadiyyatda müəyyən hərəkətlilik var, manat dayanıqlılıq göstərir. Bu səbəbdən də insanların avtomobillərə tələbatı artıb. Amma artımın bu qədər yüksək olmasına baxmayaraq, o əvvəlki illərdə olan səviyyəyə gəlib çatmayıb.  Bununla belə demək istərdim ki, Gürcüstan bazarından Azərbaycana idxal olunan avtomobillər əsasən köhnə olur. Yaxşı olardı ki, vətəndaşlarımız yeni avtomobillərə üstünlük versinlər. Bunun üçün  də ölkəyə idxal olunan avtomobillər üçün tətbiq olunan rüsumlar azaldılmalıdır. Avtokredit şərtləri sadələşdirilməlidir ki, vətəndaşlarımız təzə avtomobil ala bilsinlər”.

Eldəniz Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular