00:29 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232

Nicat Hacızadə Rusiya ilə ticarətdə atılan addımları açıqlayır

RADİO
Qısa URL
38 0 0

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyir ki, müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi

Nicat Hacızadə: “Məhdudiyyətlərin götürülməsi pomidor ixracını üstün səviyyəyə qaldırıb”

Rusiya bu ilin birinci yarısında da Azərbaycanın qeyri-neft ixracında lider mövqeyini qoruyub saxlayıb. Statistikaya görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyard 162 milyon 357 milyon dollarlıq qeyri-neft məhsul ixrac edilib və bu malların 30,8 faizi, yaxud 358 milyon dollarlığı Rusiyaya ixrac edilib.

Sputnik Azərbaycan REAL TV-yə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Azərbaycan-Rusiya ticarət dövriyyəsi barədə danışıb.

O bildirib ki, buvaxta qədər qeyri-neft sektorunda əsas hərəkət verici qüvvə meyvə-tərəvəz məhsulları olub: “Xüsusən də Rusiya ilə ticarət əlaqələrində bu pay daha çoxdur. Müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, fitosanitar və sanitar qaydalarla bağlı tələblərin müəyyən qədər dəyişməsi ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi. AQTA-nın Rusiyanın aidiyyəti qurumları ilə apardığı səmərəli danışıqların nəticəsi olaraq subyektlər üzərindən məhdudiyyətlərin götürülməsi və mütəmadi fəaliyyətə qayıdış pomidor ixracını üstün səviyyəyə qaldırıb”.

Qeyd edək ki,  Rusiya ilə Azərbaycanın ticarət əlaqələri təkcə ixracatla bitmir. 2021-ci ilin birinci yarısında Azərbaycana Rusiyadan 923 milyon dollarlıq məhsul idxal edilib ki, şimal qonşumuz bu göstərici üzrə də liderdir.

Nicat Hacızadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular