06:34 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231

“Delta” ştammı nə qədər təhlükəlidir? – professor açıqlayır

RADİO
Qısa URL
46 0 0

Professor, həkim Adil Qeybulla deyir ki, virusun mutasiyası nəticəsində xassəsində baş verən dəyişikliklər nəticəsində yoluxuculuq qabiliyyəti artıb

Adil Qeybulla: “Bu, yeni pandemiyanın başlanğıcı ola bilər”

Bir neçə gün öncə Azərbaycanda COVID-19-un “Delta" ştammı aşkar olunub. Bu barədə Səhiyyə Nazirliyi və TƏBIB-nin birgə bəyanatında deyilir.

Bəs “Delta” ştammı nə qədər təhlükəlidir?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan professor, həkim Adil Qeybulla deyib ki, mövcud ştamların içərisində mutasiya növləri çoxdur: “ “Delta” ştammı daha aqressivdir. Virusun mutasiyası nəticəsində xassəsində baş verən dəyişikliklər nəticəsində yoluxuculuq qabiliyyəti artıb. Xəstəliyin inkubasiya dövrü üç günə kimi qısalıb. “Delta” ştammı Hindistanda qorxunc bir mənzərə yaratmışdı. Bəzi mütəxəssislər deyir ki, bu ya dördüncü mərhələnin və ya yeni pandemiyanın başlanğıcı ola bilər”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular