Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şahin Mustafayev: “Zəngəzur dəhlizi yeni imkanlar açır”

© Sputnik / Murad OrujovAzərbaycan Baş nazirinin müavini Şahin Mustafayev
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev - Sputnik Azərbaycan, 1920, 19.07.2021
Abunə olmaq
Baş nazirin müavini Şahin Mustafayev deyib ki, hazırda Azərbaycan Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir
Şahin Mustafayev: “Kommunikasiyaların bərpa olunması inkişafın qarantı olacaq”

“Zəngəzur dəhlizi Avrasiya məkanı üçün yeni imkanlar və perspektivlər açır”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev “Mərkəzi və Cənubi Asiya: Regional əməkdaşlıq, sınaqlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində plenar müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Azərabycanın 44 günlük müharibədə qələbəsindən, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsindən sonra Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyətlə əlaqədar nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni imkanlar açılır: “Hazırda Azərbaycan Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir. Bu dəhliz faktiki olaraq Aralıq və Xəzər dənizləri ölkələrinin Böyük İpək Yolu və Şimal-Cənub dəhlizinə inteqrasiyasına xidmət edəcək. Mövcud reallıqlarda kommunikasiyaların bərpa olunması təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında sülhün, təhlükəsizliyin, sabitliyin və qarşlıqlı səmərəli əməkdaşlığın inkişafının qarantı olacaq”.

Şahin Mustafayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0