03:46 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233

Ekspert: “Təhsil sektorunda çalışan insanların vaksinasiyaya münasibəti müsbətdir”

RADİO
Qısa URL
19 0 0

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, təhsil müəssisələrində koronavirusla bağlı yeni qaydaların tətbiq edilməsi situasiyadan asılı olacaq

İlqar Orucov: “Ənənəvi tədrisin davamı üçün ən effektiv yol vaksinasiyadır”

Azərbaycanda COVID prosedurları ilə bağlı yeni qaydalar hazırlanacaq. Qaydaların növbəti tədris ilindən tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, təhsil müəssisələrində koronavirusla bağlı yeni qaydaların tətbiq edilməsi situasiyadan asılı olacaq: “Müəllimlərin böyük əksəriyyəti demək olar ki, vaksinasiya olunub. Təhsil sektorunda çalışan insanların vaksinasiyaya münasibəti müsbətdir. Azərbaycanın ən ucqar kəndində çalışan müəllim də başa düşür ki, pandemiya ilə mübarizədə vaksinasiya olunmaq ən effektiv metoddur. Bunun nəticəsidir ki, Azərbaycan təhsil sektorunda vaksinasiya çox sürətlə gedir. Hər kəs başa düşür ki, tədrisin ənənəvi formada davam etdirilməsi üçün ən effektiv yol vaksinasiyadır”.

İlqar Orucovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular