18:10 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231

ANAMA mina təmizləmə işlərini hansı şəraitdə davam etdirir - Mədət Məmmədov danışır

RADİO
Qısa URL
14 0 0

ANAMA-nın aparıcı mütəxəssisi Mədət Məmmədov deyir ki, ərazinin təbii relyefi və 27 ildən çox bir zamanda buralarda insanların yaşamaması hərəkətə mane olur

Mədət Məmmədov: “İsti hava şəraiti mina təmizləmə işlərinə mane olur”

İyulda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 milyon 659 min 190 kvadratmetr (165,91 hektar) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib.

Sputnik Azərbaycan xəbər verir ki, ANAMA-nın aparıcı mütəxəssisi Mədət Məmmədov Real-a aparılan mina təmizlə işləri haqqında məlumat verib.

O bildirib ki, isti hava şəraiti mina təmizləmə işlərinə mane olur: “Hazırda düşmənlə təmas xəttində olan ərazilər təmizlənir. Çalışdığımız ərazidə 14 mina xətti müəyyən edilərək təmizləmə işləri aparılıb. Aşkar edilmiş tank əleyhinə minalar partladılaraq məhv edilir. Ərazinin təbii relyefi və 27 ildən çox bir zamanda buralarda insanların yaşamaması hərəkətə mane olur. Bu gün istifadə olunan mexaniki vasitələrlə mina təmizləmə işləri aparılır. Bu da çətinliklərin öhdəsindən asanlıqla gəlməyimizə kömək edir”.

Mədət Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular