12:04 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233

Aydın Mirzəzadə: “Yaz sessiyasının bütün müzakirələrində bu fikir qırmızı xətlə gedirdi”

RADİO
Qısa URL
22 0 0

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu sessiyada Azərbaycanın inkişafı ilə bağlı olan məsələlərə dair bir sıra qanunlara dəyişikliklər edildi

Aydın Mirzəzadə: “Azərbaycan ildən-ilə yeni mərhələlərə qalxır”

Azərbaycan parlamentinin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Sputnik Azərbaycan Milli Məclisin yaz sessiyasının fəaliyyəti ilə bağlı millət vəkili Aydın Mirzəzadənin fikirlərini öyrənib.

Deputat bildirib ki,yaz sessiyası çox məhsuldar olub: “Biz yaz sessiyasında hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatlarını dinlədik. Deputatlar bu məsələlərlə bağlı fikirlərini bölüşdülər. Həmçinin bu sessiyada Azərbaycanın inkişafı ilə bağlı olan məsələlərə dair bir sıra qanunlara dəyişikliklər edildi. Həm demokratik yenilənmədə, həm iqtisadi inkişafda Azərbaycan ildən-ilə yeni mərhələlərə qalxır. Buna müvafiq olaraq da qanunlar dəyişir. Hesab edirəm ki, yaz sessiyasının ən bariz xarakteristikası parlamentin işğaldan azad edilmiş torpaqlarımızın bərpasına öz töhfəsini vermək istəyidir. Hər bir qanunun müzakirəsində və yenilikdə bu fikir qırmızı xətlə gedirdi”.

Aydın Mirzəzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular