19:10 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231

Mehman Nəbiyev: “Ermənilər xüsusi mühafizə olunan təbiət abidələrini məhv edib”

RADİO
Qısa URL
12 0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib ki, monitorinq zamanı ağacların kəsilərək məhv edildiyi ortaya çıxıb

Mehman Nəbiyev: “Bu ağacların 123-ü artıq məhv edilib”

“İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 mart tarixli qərarı ilə xüsusi mühafizə olunan təbiət abidələri siyahısına daxil edilmiş 152 ağac mövcud olub”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, bu ağacların siyahısında Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı və digərləri var: “Bu ağaclar çox qədim idi, 1400-1600 yaşı vardı. İşğaldan azad olunmuş ərazilərdə mövcud olan 152 ağacdan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonunun ərazisində aparılan monitorinq zamanı 139-nun olduğu əraziyə baxış keçirilib. Monitorinq nəticəsindən məlum olub ki, bu ağacların 123-ü artıq məhv edilib, yandırılıb, kəsilib. Bu ağaclar çox qədimdir, yaşı min illərlə ölçülür, diametri 6 m-dək, hündürlüyü 40-50 m-dək olub. Ağdam rayonu ərazisində 85 belə Şərq çinarı ağacı mövcud olub. Monitorinq zamanı bu ağacların 82-nin kəsilərək məhv edildiyi ortaya çıxıb”.

Mehman Nəbiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular