19:23 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231

Vahid Media Reyestrindən hansı gözləntilər var? – Azər Həsrətin şərhi

RADİO
Qısa URL
45 0 0

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, bu addım jurnalistikanın təmizlənməsinə və əvvəlki adının qaytarılmasına xidmət edir

Azər Həsrət: “İnsanlar özlərini jurnalist kimi təqdim etməkdən çəkinirlər”

“Azərbaycanda Vahid Media Reyestri yaradılacaq”. Bunu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, bu addım jurnalistikanın təmizlənməsinə və əvvəlki adının qaytarılmasına xidmət edir: “Hamımız bilirik ki, jurnalistika sahəsindən sui-istifadə halları həddindən artıq çoxdur. Bu da bu sahədəki hədsiz liberallıqdan qaynaqlanır. İfadə və media azadlığı baxımından bu önəmlidir. Lakin bu vəziyyət sui-istifadə üçün geniş imkanlar açır. Məhz bunun nəticəsidir ki, jurnalistika Azərbaycanda bəzi hallarda hörmətdən düşmüş sahə kimi qəbul edilir. Hətta çox güclü qələmi olan insanlar özlərini cəmiyyətdə jurnalist kimi təqdim etməkdən çəkinirlər. Vahid Resyestrin yaradılması ilə bu işlə ciddi məşğul olan insanlar jurnalistikada qalacaq”.

Azər Həsrətin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular