21:39 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232

Professor: “Bu istiqamətlərə investisiyaların yönəldilməsi xeyli dərəcədə vacibdir”

RADİO
Qısa URL
29 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, o dövrlə müqayisədə bugünkü artım rəqəmləri aldadıcı təsir bağışlamamalıdır

Elşad Məmmədov: “Qeyri-xammal ixracatının genişləndirilməsinə böyük ehtiyac duyulur”

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 162,4 mln. ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,1% artıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu artım pandemiya ilə əlaqəlidir: “Ötən ilin ilk 6 ayı ərzində işgüzar fəallıq faktiki olaraq dondurulmuşdu. O dövrlə müqayisədə bugünkü artım rəqəmləri aldadıcı təsir bağışlamamalıdır. Qeyri-xammal ixracatının genişləndirilməsinə böyük ehtiyac duyulur. Azərbaycanda qeyri-xammal ixracatının artırılması üçün investisiyaların bu istiqamətlərə yönəldilməsi xeyli dərəcədə vacibdir.”

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular