17:45 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233

Nazir İnam Kərimov Azərbaycanda taxıl biçininin vəziyyətini açıqladı

RADİO
Qısa URL
10 0 0

Kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, bu il taxıl biçini mütəşəkkil təşkil olunub, bu səbəbdən ötən illə müqayisədə biçin prosesi ən azı 10 gün tez yekunlaşdırmaq ərəfəsindədir

İnam Kərimov: “Respublika üzrə taxıl üzrə orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır”

“Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, bu günə kimi taxıl sahələrinin 87 faizində biçin prosesi başa çatıb: “Artıq yalnız dağlıq və dağətəyi rayonlarda biçin gedir. Əvvəlki illərdə olduğu kimi bu il də taxıl biçini mütəşəkkil təşkil olunub, bu səbəbdən ötən illə müqayisədə biçin prosesini ən azı 10 gün tez yekunlaşdırmaq ərəfəsindəyik. Orta məhsuldarlıq çox yüksəkdir, respublika üzrə taxıl üzrə orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır, ayrı-ayrı taxılçılıq rayonlarında buğda üzrə orta məhsuldarlıq göstəricisi 40 sentneri keçib. Doğru toxum seçimi, düzgün aqrotexniki qulluq nəticəsində respublikanın ayrı-ayrı təsərrüfatlarında 60 sentnerdən çox məhsul görürən fermerlərimiz var”.

İnam Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular