Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Professor: ““Delta” ştamlarının Azərbaycana gəlmə ehtimalı var”

© Photo : REPORTTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor Akif Qurbanov deyir ki, bu kimi tədbirlər “delta” və ya “delta+” ştamlarının ölkəmizə gəlməyinin qarşısını ala bilər
Akif Qurbanov: “Bu kimi tədbirlər “delta” və ya “delta+” ştamlarının qarşısını ala bilər”

“Koronavirusun “delta” ştamının Azərbaycana gəlmə ehtimalı var”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor Akif Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib.

“İki ay bundan öncə Hindistandan birbaşa və ya əvvəl sözügedən ölkədə olub, ikinci ölkədən Azərbaycana gələn vətəndaşlar sərhəddə onlardan təkrar COVİD-19 testi olunur, 14 gün ərzində özünütəcrid rejimində gözləməlidir. Bu kimi tədbirlər “delta” və ya “delta+” ştamlarının ölkəmizə gəlməyinin qarşısını ala bilər. Buna baxmayaraq digər ölkələrlə təcrid olunmadığına görə, “delta” ştamlarının Azərbaycana gəlmə ehtimalı var” – deyə professor bildirib.

Akif Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0