Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ələt Azad İqtisadi Zonasından hansı gözləntilər var? – ekspert şərh edir

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, növbəti illərdə xarici investisiya qoyuluşlarındakı gözlənilən azalma proqnozlarını dəyişə bilər
Rəşad Həsənov: “Bu zona qarşıdan gələn illərdə multifikativ effekt formalaşdıracaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəyə xarici investisiya axınını müəyyən qədər balanslaşdıra bilər: “Neft sektorunda investisiya qoyuluşlarında azalmanın baş verdiyi, həm də qeyri-neft sektoruna investisiyanın gəlmədiyi bir dövrdə bu zonanın yaradılması ölkəyə xarici investorların gəlişini tətikləyə bilər. Bu da öz növbəsində növbəti illərdə xarici investisiya qoyuluşlarındakı gözlənilən azalma proqnozlarını dəyişə bilər. Bu zona ölkəyə təcrübə idxalına, əlavə dəyər tutumlu istehsal sahələrinin yaranmasına şərait yarada bilər. Ələt Azad İqtisadi Zonası iqtisadiyyatımızın inkişafı üçün qarşıdan gələn illərdə multifikativ effekt formalaşdıracaq. Əgər əlavə maneələr yaradılmasa, bu layihə xarici investorlar tərəfindən əhəmiyyətli səviyyədə qarşılanacaq”.

Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0