17:21 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233

Orxan Məmmədov: “Turizm sahəsində sahibkarlığı təşviq etmək Agentliyin gündəmindədir”

RADİO
Qısa URL
1410

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, RİTM proqramı çərçivəsində seçilmiş startaplara 3 il müddətində innovasoya fəaliyyətindən əldə edilmiş gəlirlərdən vergi imtiyazı veriləcək

Orxan Məmmədov: “Seçilmiş startaplara 3 il vergi imtiyazı veriləcək”

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) layihəsinə hərtərəfli dəstək olmağa hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu adıçəkilən proqramın təqdimatında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, RİTM proqramı çərçivəsində seçilmiş startaplara 3 il müddətində innovasoya fəaliyyətindən əldə edilmiş gəlirlərdən vergi imtiyazı veriləcək: "KOBİA olaraq məqsədimiz turizm sektorunda startapları təşviq etmək, KOB subyektləri vasitəsi ilə məşğulluğu təmin etməkdir. Turizm sahəsində sahibkarlığı təşviq etmək Agentliyin gündəmindədir".

Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular