QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda irimiqyaslı bərpa işləri nə vaxt başlayacaq? - Rəhman Hacıyev danışır

© Sputnik / Murad OrujovQarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev  - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib ki, ilkin mərhələdə həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi dayanır
Rəhman Hacıyev: “Bərba və yenidənqurma işləri mərhələli prosesdir”

“Bildiyiniz kimi işğaldan azad edilmiş ərazilərdə bərba və yenidənqurma işləri mərhələli prosesdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

Rəhman Hacıyev bildirib ki, ilkin mərhələdə həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi dayanır: “Həmin ərazilər düşmən tərəfindən minalanmışdır və minalardan təmizlənmə üçün böyük işlər görülür. Həmin ərazilərdə infrastruktur quruculuğu və strateji layihələr həyata keçirilir. Amma irimiqyaslı bərpa və quruculuq işləri sistemləşdirilmiş, planlaşdırılmış qaydada müvafiq dölət proqramları qəbul edildikdən sonra həyata keçiriləcək. Buna görə də Qarabağ Dirçəliş Fondu fəaliyyət planına uyğun olaraq müraciətlər göndərir ki, hansı layihələri dəstəkləməyə hazırıq. Müvafiq təsdiqlər olduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcəkdir”.

Rəhman Hacıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0