SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: “Münaqişənin həlli regional əməkdaşlıq üçün yeni perspektivlər açır”

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidВизит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй
Визит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, münaqişədən sonrakı dövrdə sülh, bərpa və yenidənqurma fəaliyyətlərinin davam etdirilməsi və məcburi köçkünlərin qayıtması Azərbaycan üçün mütləq prioritetdir
Ceyhun Bayramov: “Məcburi köçkünlərin qayıtması Azərbaycan üçün mütləq prioritetdir”

“Üçtərəfli Bəyanata uyğun olaraq, silahlı qarşıdurmanın sona çatması ilə Azərbaycan münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyub”. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.

“Münaqişədən sonrakı dövrdə sülh, bərpa və yenidənqurma fəaliyyətlərinin davam etdirilməsi və məcburi köçkünlərin qayıtması Azərbaycan üçün mütləq prioritetdir. Hökumət ərazilərin kütləvi məhv edilməsi ilə müşayiət olunan onilliklərdir davam edən işğalın nəticələrinin aradan qaldırılmasına yönəlmiş əməli addımlar atmağa başlayıb. Yenidənqurma prosesində “yaşıl enerji”, “ağıllı şəhər və ağıllı kənd” anlayışları, dairəvi iqtisadiyyat prinsipləri ilə yanaşı, sənət texnologiyaları da tətbiq ediləcək. Tərəfdaş ölkələrin səylərimizi investisiyalar və texniki əməkdaşlıq yolu ilə dəstəkləmək marağını qiymətləndiririk. Münaqişənin həlli eyni zamanda regional əməkdaşlıq, inkişaf və tərəqqi üçün yeni perspektivlər açır. Kommunikasiyaların bərpası bütün bölgə üçün uduşlu bir vəziyyətdir və daha geniş Qara dəniz coğrafiyasının əhəmiyyətini artıracaq. Nəqliyyat, rabitə və ticarətlə bağlı təşəbbüslər yeni tərəfdaşlıqlardan və imkanlardan faydalanmaq fürsəti verəcək” – deyə nazir bildirib.

Ceyhun Bayramovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0